25 illik evliliyə son qoyulur - Foto

Dünya şöhrətli aktyor Silvestr Stallonenin həyat yoldaşı model və iş qadını Cennifer Flavinin aktyordan boşanmaq üçün rəsmi müraciət etdiyi məlum olub.

PİA.az bizim.media-ya istinadən bildriir ki, ulduz cütlüyün ayrılması ilə bağlı məlumat "TMZ" və "In Touch" nəşrlərində yer alıb.

Flavin və Stallone 25 ildir evlidirlər, onların Sofiya, Sistine və Skarlett adlı üç qızı var.

Sosial şəbəkələrdə yayılan fotoda aktyorun qolundakı arvadının şəkili əks olunan döymədə üz hissəsi silinib, yerinə it şəkili çəkilib.

Qeyd esək ki, Silvestr Stallone "Rokki", "Qaçış planı", "Rembo", "Xərclənənlər" və bir çox başqa filmlərdə iştirakı ilə tanınır.

pia.az