Xidmət rəisi: "Balıq ovu üzrə kvota dəyişməyəcək"

Növbəti ilin balıq ovu üzrə kvotası 2022-ci ilə uyğun olaraq qalacaq. Elmi tədiqatların nəticəsi balıq populyasiyasında böyük artım və ya azalma müşahidə olunmadığını göstərir.

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, yekun kvota barədə son rəqəmlər 2023-cü ilin yanvar ayında açıqlanacaq.

pia.az