Son 7 ildə Azərbaycanda ruhi xəstələrin sayı iki dəfə artıb... - Səbəbini psixoloq açıqladı

Ölkədə 14 min 409 nəfər psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir...

Psixoloq: “Son 7 ildə insalar arasında psixi pozuntuların artması təbiidir. Nəyinki Azərbaycanda dünyada da insanların arasında psixi pozuntular artıb”.

“Bu günə qədər olanlardan sonra 10 il lazımdır ki, insanlar cəmiyyət, toplum olaraq özlərinə gələ bilsinlər. Çünki aqressiv, psixi problemli nəsildən yeni aqressiv nəsil yetişir. O nəsil də böyüyüb öz aqressiyalarını dərk edəndən sonra stabil cəmiyyət olacaq”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkənlərin sayının artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Statistik göstəricilərə əsasən son 7 il ərzində psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkənlərin sayı təxminən 2 dəfə artıb. Belə ki, 2015-ci ildə Azərbaycanda 7 min 764 nəfərdə bu xəstəlik qeydə alınıb. Bu ilin əvvəlinə olan məlumata görə isə ölkədə 14 min 409 nəfər psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir.

Ruhi xəstələrin sayının bu qədər kəskin şəkildə artmasını nəylə əlaqələndirmək olar? Bu artımda hansı faktorlar rol oynaya bilər?

Cəmiyyətdə ruhi xəstələrin sayının artma səbəblərini PİA.az-ın əməkdaşı psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib.

Fərqanə Mehmanqızı: “İnsalar arasında psixi pozuntuların artması qlobaldır”.

Pandemiya, ondan əvvəl olan müharibələr və insanlarda olan ərzaq qıtlığının qorxusu onların psixikasına təsir etdiyini vurğulayan psixoloq PİA.az-a bildirib ki, bundan dolayı da insanlar psixoloji həssas, aqressiv olur:

“Son 7 ildə insalar arasında psixi pozuntuların artması təbiidir. Nəyinki Azərbaycanda dünyada da insanların arasında psixi pozuntular artıb. Pandemiya, ondan əvvəl olan müharibələr və insanlarda olan ərzaq qıtlığının qorxusu onların psixikasına təsir edir. Bundan dolayı da insanlar psixoloji həssas, aqressiv olur. Aqressiyadan da insanlar arasında psixi xəstəliklər artır. Xərçəng, şəkər xəstələri, dəri zöhrabı xəstələrində həkimlər əsil səbəbi tapa bilmirlər. Buna görə də bunu psixoloji ruh halından doğan xəstəliklərlə adlandırlar. Eyni zamanda sonsuzluq da artıb. Bu da psixoloji xəstəlik kimi qələmə alınır.

İnsalar arasında psixi pozuntuların artması qlobaldır. Məsələn qlobal istilik problemi bu gün dünyanın əsas problemi hesab olunur. Buna görə də insanlar arasında susuzluq qorxusu yarandı. İnsalar arasında bu problemlərin də psixi fəsadları oldu. Həmçinin dünyada qlobal iqtisadi durumlar pisləşdi. Bu da insnaların psixikasında özünü göstərdi.

Bu günə qədər olanlardan sonra 10 il lazımdır ki, insanlar cəmiyyət, toplum olaraq özlərinə gələ bilsinlər. Çünki aqressiv, psixi problemli nəsildən yeni aqressiv nəsil yetişir. O nəsil də böyüyüb öz aqressiyalarını dərk edəndən sonra stabil cəmiyyət olacaq. Amma onu da qeyd edim ki, müharibələrin artmasına, dünyada olan aclığa, ərzaq qıtlığına görə insanların psixi pozuntuları davam edə bilər”.

Nərminə UMUDLU pia.az