Uels tarixinin rəmzi komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Uels tarixinin rəmzi komandasını müəyyənləşdirib.

"Report"un məlumatına görə, "11-lik"də 4-2-4 taktiki sxeminə yer verilib.

Karyerasını davam etdirən oyunçulardan Qaret Beyl və Aaron Remzi də rəmzi heyətdə yer alıb.

Qapıçı: Nevill Sautoll

Müdafiəçilər: Alf Şervud, Kevin Retkliff, Mayk İnqlend, Coi Cons

Yarımmüdafiəçilər: Aaron Remzi, Terii Yorat

Hücumçular: Rayan Giqqz, Qaret Beyl, İan Raş, Con Çarlz.

pia.az