Azərbaycanda ruhi xəstələrin sayı kəskin artıb – Rəsmi

Bu ilin əvvəlinə olan məlumata görə il ərzində Azərbayacanda 2 milyon 219 min 145 nəfər xəstə qeydə alınıb və onlardan 14 min 409 nəfər psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir.

Son 7 il ərzində psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkənlərin sayı təxminən 2 dəfə artıb. Belə ki, 2015-ci ildə Azərbaycanda 7 min 764 nəfərdə bu xəstəlik qeydə alınıb.(yeniavaz)

pia.az