Nazirlik təkzib etdi

Qurum bəzi KİV-də yayılan məlumatlara aydınlıq gətirib
  Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib. ANS PRESS Müdafiə Nazirliyinin məlumatını nəzərinizə çatdırır:"Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır".