İraqda İŞİD-in bir neçə üzvü məhv edilib

İraqın təhlükəsizlik qüvvələrinin Kərkük şəhərinin cənubunda İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə “Security Media Network” məlumat yayıb.

Qeyd edilir ki, Kərkükün qərbindəki Xemrin dağlarında İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Ölkənin Hərbi Hava Qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyat zamanı Əbu Məryəm əl-Qahtani də daxil olmaqla 6 terrorçu məhv edilib.

Əməliyyat nəticəsində terrorçulara məxsus çoxlu sayda saxta sənəd, şəxsiyyət vəsiqəsi, silah və sursat ələ keçirilib.

pia.az