Ermənilərdən gülünc iddia

Diversant Karen Petrosyanın qaçırılma uydurması ortaya atılıb
  Ermənistan tərəfi Bakıda qəflətən ölən erməni diversant Karen Petrosyanla bağlı yeni gülünc iddia irəli sürüb. ANS PRESS-in məlumatına görə, Ermənistan Təhqiqat Komitəsi açıqlama verib ki, Karen Petrosyan Azərbaycan hərbçiləri tərəfindən Ermənistan ərazisindən qaçırılma ehtimalı var.“Hazırda Petoryanın ölümü ilə bağlı aparılan təhqiqatlar onu göstərir ki, o, Ermənistan ərazisindən qaçırılıb”, deyə Təhqiqat Komitəsinin mətbuat xidmətinin rəhbəri Sona Truzyan bildirib.O, Petrosyanın azərbaycanlılar tərəfindən qaçırılmasını belə əsaslandırıb.“Petrosyan həmin günü meşəyə odun yığmağa gedib. Meşədə Petrosyanı tək görən azərbaycanlılar isə onu qaçırıb”.Maraqlısı burasındadır ki, Ermənistan tərəfi Petrosyanla bağlı hər dəfə gülünc iddialar səsləndirsələr də, Azərbaycan əsgərləri tərəfindən məhv edilən digər 4 erməni diversant haqqında bir söz belə olsun danışmır. Erməni tərəfi əslində Kəlbəcərdə ata-babalarının qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov Şahbaz Quliyevi tutaraq diversant adlandırıb. Ermənistan tərəfi diversant kimi tutaraq öldürdüyü Zəngilan sakini Həsən Həsənov barədə danışmağı ümumiyyətlə unudur.