Rusiya prezidenti ilə Qazaxıstan prezidentinin Soçi görüşü - Birgə təlimlər olacaq

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Soçidə görüşüb və danışıqlara başlayıblar.

PİA.az Rusiya mətbuatına istinadla xəbər verir ki, görüş Rusiya liderinin Soçidəki "Boçarov Ruçey" iqamətgahında keçirilir. Dövlət başçıları ikitərəfli strateji tərəfdaşlıq, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişafı məsələlərini müzakirə edəcəklər.

Vladimir Putin jurnalistlər qarşısında çıxışı zamanı Rusiya və Qazaxıstan arasında KTMT çərçivəsində birgə təlimlərin hazırlandığını açıqlayıb.

Qazaxıstan prezidenti çıxışında vurğulayıb ki, Rusiya ilə Qazaxıstan arasında əməkdaşlığa dair pessimist proqnozlar üçün heç bir əsas yoxdur. Qasım-Jomart Tokayev iki ölkə arasında əməkdaşlığa əlavə təkan vermək niyyətindədir.

pia.az