“Barselona”nın hücumçusu Levandovski qarət olunub

İspaniyanın “Barselona” klubunun polyak mənşəli hücumçusu Robert Levandovski klubun bazası yaxınlığında avtoqraf verən zaman qarət olunub.

APA Sport.es saytına istinadən xəbər verir ki, futbolçu avtomobilinin pəncərəsindən avtoqraf paylayan zaman 2 qarətçi sərnişin yerinin qapısını açaraq futbolçunun qolundan 75 min avro dəyərində saatı oğurlayıb.

Qarətçiləri avtomobillə tətbiq etmək istəsə də, o, kiçik qəzaya düşüb. Amma Barselona polisi oğruları qısa zamanda saxlayaraq saatı Levandovskiyə geri qaytarıb.

pia.az