İslamiada: Qadın basketbolçularımız qızıl medal qazandı

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, milli finalda Mali seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.

pia.az