HDQ komandanı: “Dəniz kuboku” Xəzərin sülh və dostluq dənizi olmasına töhfə verəcək

“Dəniz kuboku” müsabiqəsi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə, Xəzərin sülh və dostluq dənizi olmasına öz töhvəsini verəcək.

APA xəbər verir ki, bunu müsabiqənin açılış mərasimindəki çıxışı zamanı Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

Kont-admiral “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən müsabiqənin ölkələrarası hərbi əməkdaşlığın möhkəmləndirilməsi, hərbçilərdə yüksək hərbi keyfiyyətlərin yüksəlməsinə xidmət etdiyini vurğulayaraq bütün iştirakçılara uğurlar arzu edib.

Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edən komandan Sübhan Bəkirov “Dəniz Kuboku 2022”-ni açıq elan edib.

pia.az