“Azərsu” 73 min manata minik avtomobili alır

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərsu”nun tender müsabiqəsinin qalibi “Yenimotor” MMC olub.

“Yenimotor” MMC “Azərsu”ya 1 ədəd minik avtomobili satacaq və qarşılığında 73 min manat alacaq.

Məlumat üçün bildirək ki, “Yenimotor” MMC 04.03.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri Bakı-Sumqayıt şossesində yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur.

Onu da bildirək ki, “Yenimotor” MMC “Honda Avtomobil Mərkəzi”nin sahibidir. “Bakı Sığorta” şirkətinin səhimlərinin 9,4%-i də “Yenimotor” MMC-yə məxsusdur.

pia.az