İrəvan metrosunda partlayıcı qurğu tapılmayıb – Yenilənib

İrəvan metrosu fəaliyyətini bərpa edib.

Stansiyalarda heç bir partlayıcı qurğu tapılmayıb.

“Xilasedicilər, istehkamçılar və kinoloqlar bütün stansiyaları yoxlayıblar. Təhlükəli heç nə aşkar edilməyib”, - deyə metro rəhbərliyi bildirib.

Metropoliten sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib.

***

İrəvan metrosuna bomba qoyulması barədə siqnal daxil olduqdan sonra stansiyalardan sərnişinlərin və şəxsi heyətin təxliyyəsinə başlanılıb.

Bu barədə bazar günü jurnalistlərə metronun mətbuat katibi Tatevik Xaçatryan məlumat verib.

O qeyd edib ki, təxliyyə bütün stansiyaları əhatə edib.(oxu.az)

pia.az