Ukrayna ATACMS raketlərinin tədarükü ilə bağlı ABŞ-la danışıqlara başlayıb

ABŞ və Ukrayna ilə ATACMS taktiki raketlərinin tədarükü ilə bağlı danışıqlar aparır.

Bloomberg xəbər verir ki, Ukrayna işğal olunmuş bölgələrin ərazisinə operativ zərbələr endirmək üçün HİMARS MLRS üçün ATACMS raketlərinin verilməsi ilə bağlı Amerika tərəfi ilə danışıqlara başlayıb. 

Bildirilir ki, Vaşinqton Moskva ilə aralarında gərginliyin yaranmasına yol açmamaq üçün Ukraynanın Rusiyaya uzaqmənzilli raket zərbələri endirməsini istəmirdi. Ukraynanın ABŞ-dakı səfiri isə “Rusiya ərazisini atəşə tutmalq üçün yox, sadəcə olaraq öz ərazilərində istənilən nöqtəyə çatmaq məqsədi ilə uzaqmənzilli raketlərə ehtiyacları” olduğunu bildirib.

Hazırda Vaşinqton Ukraynaya taktiki raketlər tədarükünün mümkünlüyünü şərh etmir, lakin Amerikanın HİMARS sistemləri üçün uzun mənzilli raketlərin hələ də Ukraynaya göndərilə biləcəyi ilə bağlı çox ciddi risk var. Hələlik, ABŞ ATACMS raketlərinin təkmilləşdirilmiş versiyalarını deyil, MGM-140A ATACMS Block 1-in əsas versiyasını Ukraynaya vermək barədə düşünür. Bu variant 160 kilometrə qədər uçuş məsafəsinə malikdir və onun Ukrayna Silahlı Qüvvələrinə verilməsi rus ərazisinə hücum cəhdini minimuma endirir. 

ABŞ siyasətçiləri tərəfindən daha əvvəl edilən çağırışları nəzərə alaraq, bu ayın sonuna qədər çatdırılma ilə bağlı qərar verilə bilər.

pia.az