Ermənistanda partlayış olub, xəsarət alanlar var

Ermənistanda partlayış olub.

Bu barədə yerli mətbuat xəbər verir.

Məlumata görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

pia.az