Novxanıda dənizdə batan şəxslərin meyiti sudan çıxarılıb - Yenilənib

Novxanıda iki nəfər dənizdə batıb.

PİA.az xəbər verir ki, batan şəxslərin meyiti sudan çıxarılıb.

Onlar 2001-ci il təvəllüdlü Nigar Qasımova və 1999-cu il təvəllüdlü Əliağa Məmmədovdur.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

pia.az