Bakıda yola asfalt döşənərkən zədələnən ağacların kökləri təmizləndi - Yenilənib - Foto

Yasamal rayonu, Şəfayət Mehdiyev və Allahyar Nəsibov küçələrində yola asfalt döşənərkən zədələnən ağacların kökləri təmizlənib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə baxış keçirilib, sözügedən ərazidə ağacların dibləri təmizlənib.

***

Bakının müxtəlif küçələrində ağacların dibləri asfaltlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Yasamal rayonu, Şəfayət Mehdiyev və Allahyar Nəsibov küçələrində yola asfalt döşəyərkən ağacları zədələyiblər.

Həmin fotoları sizə təqdim edirik:

##galery##

pia.az