"Neftçi" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun hakim təyinatları açıqlanıb.

PİA.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" və "Sabah" arasında keçiriləcək açılış matçını İnqilab Məmmədov idarə edəcək.

"Neftçi" - "Kəpəz" görüşünün baş hakimi isə Nicat İsmayıllı olacaq.

12 avqust (cümə)

19:00. “Zirə” – “Sabah”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar HəsənliHakim-inspektor: Ömər PaşayevVAR: Rauf CabarovAVAR: Kamal Umudlu“Dalğa Arena”.

13 avqust (şənbə)

18:20. “Sumqayıt” – “Qarabağ”Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan HəmzəzadəHakim-inspektor: Munis Abdullayev“Kapital Bank Arena”.

20:30. “Səbail” – “Turan Tovuz”Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal UmudluHakim-inspektor: Ceyhun Haşımov"ASCO Arena".

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı”Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin ƏliyevHakim-inspektor: Orxan MəmmədovQəbələ şəhər stadionu.

20:30. “Neftçi” – “Kəpəz”Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy RəhimovHakim-inspektor: Gülağa Cabarov“Bakcell Arena”.

pia.az