Gələcək müharibələrin taleyini HIMARS tipli silahlar həll edəcək - Rusiyalı ordu generalı

"Gələcək müharibələr dəqiq zərbələr endirən "Qrad qurğuları"ndan asılı olacaq və orduların HIMARS və onun anoloqu olan silahlarla təchiz edilməsi müharibə aparmağın formasını radikal şəkildə dəyişəcək".

PİA.az xəbər verir ki, bu fikrləri Rusiya müdafiə nazirinin sabiq müavini Yuri Baluyevski "Mayak" radiosuna danışırkən səsləndirib.

"On və yüz kilometrlərlə uzaqdan dəqiq zərbələr endirən yaylım atəş qurğuları zirehli texnikaların və artileriya qurğularının ənənəvi rolunu öldürəcək. Tanklar, BMP-lər sadəcə olaraq dəqiq zərbələr endirən yaylım atəş qurğularının atəşi altında nəyəsə nail olması mümkün olmayacaq. Çünki tankların həmin qurğulara zərbə endirmək məsafəsinə qədər irəliləməsi mümkün deyil", deyə Yuri Baluyevski bildirib.

Qeyd edək ki,ordu generalı Yuri Baluyevski 2004-2008-ci illərdə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olub.

pia.az