"Rusiya Müdafiə Nazirliyində Krımdakı partlayışla bağlı yekdil fikir yoxdur" - ABŞ İnstitutu

“Ukrayna rəsmiləri avqustun 9-da Krımda baş verən hücumu ölkələrinin cənub istiqamətindəki əks-hücumlarının başlanğıcı kimi qiymətləndirir. Onların sözlərinə görə, avqust və sentyabr aylarında müharibənin növbəti mərhələsinin nəticəsini həll edə biləcək intensiv döyüşlər gözlənilir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.Ətraflı

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 10-da bildirib ki, müharibə Krımla başlayıb və onun azad edilməsi ilə bitməlidir: "Rusiya rəsmiləri avqustun 9-da Krımda baş verən və nəticədə azı 8 təyyarənin məhv olduğu partlayışla bağlı çaşqınlıq içindədirlər”.

Hesabatda Rusiya KİV-inin məlum partlayışla bağlı ziddiyətli məlumatlar yaydığı qeyd olunub: “Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, hansısa hücum olmayıb və təyyarələr zədələnməyib. Onlar partlayışın səbəbi kimi ehtiyatsızlığı göstərirlər. Rusiya mediasındakı xaotik məlumatlar Müdafiə Nazirliyində yekdil fikrin olmadığını və informasiyaların koordinasiyalaşdırılmadığını göstərir. Rusiya qüvvələri, yəqin ki, aviabazada nəyin baş verdiyini bilirlər, lakin hələ hücumun necə və haradan həyata keçirildiyini anlamırlar”.

pia.az