Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib- Yenilənib

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-dən bildirilib.

Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq var - FOTO

***

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcəkdir.

pia.az