Vilayət Eyvazov bu rayona DYP rəisi təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

PİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Ümman Qardaşxanov Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

pia.az