Lənkəranda yol qəzası olub, 2 ölü, 1 yaralı var - Foto, Yenilənib

Lənkəran rayonunda da baş verən ağır yol qəzasında ölənlərin və yaralanan şəxsin kimliyi məlum olub.

"Report"un Cənub mərkəzinin verdiyi məlumata görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və 2000-ci il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadə ölüb.

1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimov isə yaralanıb, onun vəziyyəti ağır olaraq qalır.

Onların hər üçü Lənkərəan rayonunun Səpnəkəran kənd sakinləridir.

***

Lənkəranda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobilin idarəetməndən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin orada öldüyü bildirilir.

Məlumata görə, qəzaya düşənlər Lənkəran rayonu Səpnəkəran kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

pia.az