Razim Məmədov məhv etdiyi yaşıllıqları kimə satıb? - Video

Xətai rayonu Gəncə prospekti 39 ünvanında yaşıllıq sahəsi və ağaclar kütləvi şəkildə yandıralaraq məhv edilir
 Bu barədə məlumatı və yanğını əks etdirən video görüntüləri Editor.az-a rayon sakinləri göndərib. Onların iddiasına görə, yaşıllıqların yandırılaraq məhv edilməsinə səbəb orada tanınmış iş adamlarından birinin yeni hündürmərtəbəli bina tikmək istəyidir. Sakinlər deyir ki, baş verənlərə dəfələrlə etiraz etsələr də, onlara dinləyən olmayıb. Baş verənlərdən icra başçıısnın marağı olduğu da iddia edilir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyul ayının 1-də “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.Bundan başqa ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış edib: “Nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İlham Əliyev deyib ki, aidiyyəti qurumlar təklif versin: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir”.Qeyri-iş günü olduğundan məsələyə Xətai rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacaqıq.(editor.az)