Jurnalist Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib - Yenilənib

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

PİA.az-ın xəbərinə görə, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

"Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hazırda onun yanındayam.

KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm, onun vəziyyəti tam nəzarətimizdədir" - E.Hidayətoğlu əlavə edib.

***

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".

PİA.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o vurğulayıb.

Qeyd edək ki, Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğludur.

pia.az