"İrana bağlı qüvvələr aktivləşəcək" - İqbal Ağazadə

"Londondakı səfirliyimizin binasına hücum və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması bir çox mətləblərdən xəbər verir. Ümid Partiyası olaraq bu olayı qətiyyətlə pisləyir və Böyük Britaniya hökumətindən olaya ciddi hüquqi münasibət gözləyirik".

PİA.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadənin sözlərinə görə, daxildə artıq bir çoxları anlamalıdır ki, Azərbaycanımızı sevməyən qüvvələr xaricdə törətdikləri bu qanunazidd hərəkətləri ölkə içinə daşımağa çalışacaq və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçəcəklər: "Xüsusilə, İrana bağlı qüvvələr aktivləşəcək. Ümid Partiyası hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırır. Yaşasın dünyəvi, azad və demokratik cəmiyyət quruculuğu üçün çalışan fədakar insanlarımız. Bayrağımız heç zaman enməsin. Azərbaycan var olsun".(Pravda)

pia.az