“Vandalizmi qətiyyətlə pisləyirəm və cinayətkarların cəzalanmasını tələb edirəm” - Qubad İbadoğlu

“Londonda dövlətimizə qarşı terror, suverenliyimizə təcavüz olub”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu bildirib.

"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Beynəlxalq hüquqa görə səfirlik binası Azərbaycan Respublikasının ərazisi hesab edilir, onun toxunulmazlığı mövcuddur. Bu vandalizmi qətiyyətlə pisləyirəm və cinayətkarların cəzalanmasını tələb edirəm” – Q.İbadoğlu qeyd edib.

pia.az