“Taliban” Kabildə İŞİD-i pusquya saldı: Əməliyyatdan görüntülər - Video

Hazırda Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı paytaxt Kabildə İŞİD üzvlərinin sığındığı evi mühasirəyə götürərək orada gizlənən terrorçuları məhv edib.

Məlumatı Əfqanıstanın mədəniyyət və informasiya naziri Zabihullah Mücahid də təsdiq edib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində dörd İŞİD üzvü öldürülüb, bir nəfər sağ ələ keçirilib.

Məlumatda həmçinin qeyd olunur ki, əməliyyat Kabilin əsasən şiə inanclılarının yaşadığı məhəlləsində həyata keçirilib.

“Taliban” rəsmiləri iddia edir ki, İŞİD-çilərin məqsədi şiələrin Aşura mərasimlərində partlayış törətmək olub.(oxu.az)

pia.az