"Rapid"in futbolçusu: "Oduvanın Azərbaycanda oynadığını bilmirdim"

"Neftçi"nin bütün oyunçuları güclüdür. Mən tək hücumçuların adlarını çəkməzdim".

"Report"un məlumatına görə, bunu Avstriyanın "Rapid" klubunun futbolçusu Kevin Vimer UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

28 yaşlı mərkəz müdafiəçisi Kipr "Aris"i ilə "Neftçi"nin oyununu izlədiklərini bildirib: "Aris"lə cavab oyununda onların bütün heyətinin kollektiv futbol oynadıqlarını gördük. Düşünürəm ki, bu komanda kollektiv futbol oynayır".

O, "Turan Tovuz"a keçən "Totenhem"in sabiq futbolçusu Natan Oduvanı tanıdığını qeyd edib: "Bəli, mən 2015-2017-ci illərdə "Totenhem"də oynamışam. Onun Azərbaycanda oynadığını sizdən eşidirəm. Mən London klubunda oynayarkən o, gənc idi və əsas heyətdə çıxış etmirdi".

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

pia.az