MİQ-də şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə PİA.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 30 iyul -2 avqust tarixlərində keçirilmiş vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

pia.az