"Qarabağ" "Səbail"lə matçın təxirə salınmasını istəməyib

"Qarabağ" Azərbaycan Premyer Liqasının ilk turunda "Səbail"ə qarşı keçirəcəkləri matçın təxirə salınması üçün PFL-ə müraciət etməyəcək.

"Report"un məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

O, avqustun 6-da Azərbaycan Premyer Liqasının ilk turunun "Qarabağ" – "Səbail" matçının təxirə salınmayacağını bildirib:

"AFFA-dan bununla bağlı maraqlandılar. Amma ehtiyac olmadığını bildirdik. Çünki bəzi futbolçularımıza da şans vermək istəyirik. Bəli, itkilərimiz var, amma futbol mübarizə tələb edir. Çempionlar Liqasının adı daha böyükdür. Burada çox enerji itirirsən. Hələ ki, oyunumuzu təxirə salmaq fikrimiz yoxdur".

Qeyd edək ki, "Qarabağ" – "Səbail" matçı "Azərsun Arena"da keçiriləcək.

pia.az