Rusiyada son sutkada 10 minə yaxın insan koronavirusa yoluxub

Rusiyada son sutkada koronavirusdan 48 nəfər ölüb.

Bu barədə ölkənin Yoluxucu Xəstəliklərə qarşı Mübarizə üzrə Federal Əməliyyat Qərargahından bildirilib.

Qeyd olunub ki, son sutkada ölkə üzrə COVID-19-a 9 560 nəfər yoluxub.

Xatırladaq ki, Rusiyada indiyədək 18 622 103 nəfər koronavirusa yoluxub, 382 517 nəfər isə infeksiyadan ölüb.

pia.az