Olenovkada terakt - Peyk şəkilləri təsdiqləyir, barak daxildən partladılıb

İşğal olunmuş Yelenovkada Ukrayna hərbçilərinin kütləvi ödürüldüyü yerdən yeni peyk şəkilləri meydana gəlib. Kadrlar təsdiqləyir ki, bina daxildən partladılıb.

Peyk şəkillərini amerikalı jurnalist Kristofer Miller dərc etdirib.

«Yelenovka türməsinin Rusiya tərəfindən işğal olunmuş Donetsk vilayətində yeni fotoşəkilləri dərc edilib - orada ən azı 50 Ukrayna hərbi əsiri hücum vaxtı öldürülüb. Bu qətli - Kiyevin sözlərinə görə, həm də ilkin məlumatlar təsdiqləyir - Rusiya ordusu həyata keçirib» - jurnalist yazıb və peyk şəkillərini (27 iyul tarixli) və faciədən sonrakı 30 iyul tarixli şəkilləri göstərib.

Kosmosdan çəkilmiş kadrlarda aydın görünür ki, barakın dəmir tavanı daxildən partlayıb. Binada HİMARS raket hücumuna xas olan heç bir zədə yoxdur.

Xəbər verildiyi kimi, iyulun 27-də gecə keçmiş islah əmək kolonunun ərazisində (Olenovka) partlayış olub. Bina məhv edilib, orada «Azovstal»dan çıxarılmış Ukrayna hərbi əsirləri saxlanılırdı. (AzPolitika.info)

pia.az