Kosovonun serb əhalisi barrikadalar qurur - Video

Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb. Televiziya xəbər verir ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.

Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.

pia.az