Macarıstan prezidenti irqçi çıxış edib - Qalmaqal

Orbanın irqçi çıxışı ətrafında qalmaqal böyüyür...

Macarıstan baş naziri Viktor Orbanın irqçi çıxışları Avropada əsas gündəm mövzularından biri olub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, macar liderin açıqlamalarına şərh verən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Macarıstan AB-nin bütün üzv ölkələri kimi, ortaq dəyərlərə riayət etmək öhdəliyi götürdüyünü xatırladıb.

"Siyasi müzakirələr demokratik həyatın bir hissəsidir . Məhz birgə bəyənilən və qəbul edilən dəyərlər onların əsasını təşkil etməlidir. Ümumi dəyərlər Avropa və beynəlxalq müqavilələrdə, xüsusən də İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsində, Avropa İnsan Hüquqları Konvensiyası və Aİ-nin Əsas Hüquqlar Xartiyasında təsbit olunub. Onlar universaldır və satılmır. Biz hamımız bu dəyərləri dəstəkləyəcəyimizə və qoruyacağımıza söz vermişik”,-deyə fon der Leyen “Aktuality” nəşrinə müsahibəsində bildirib."İrqi ayrı-seçkilik bu dəyərlərin tapdalanmasıdır. Avropa İttifaqı bərabərlik, tolerantlıq, ədalətlilik və ədalətli oyun üzərində qurulub", - deyə Avropa Komissiyasının sədri sözlərinə əlavə edib.

Qeyd edək ki Avropa Parlamentinin 53 deputatı sədr Roberto Metsolaya Viktor Orbanın bəyanlarını müzakirə etmək üçün təcili iclas çağırmaq tələbi ilə müraciət edib.

Xatırladaq ki, ötən şənbə günü Beile Tuşnad kurort şəhərində keçirilən “Tuşvanyoş Yay Universiteti” təbbirində çıxış edən Viktor Orban Avropa və qeyri-Avropa irqlərinin “qarışdırılmasına” qarşı olduğunu söyləyib. Bundan başqa macar baş nazir müsəlmanlar əleyhinə fikirlər səsləndirib.

pia.az