Etibar Hüseynov da festivaldan danışdı: “Bu, pul silməkdən başqa heç nəyə xidmət etmir...”

“Guya bunlar ancaq xiyar-çörək yeyib də. Orda bişən qazan-qazan özbək aşı, qutab, kətə, dolma, kababa heç kəs yaxın durmayıb da”.

PİA.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov yazıb.

“İndi təbiət hadisəsi olub, çətinlik yaşanıb, bunu bildik. İcra başçısı da gecəyarı gəlib əlindən gələni edib. Daha buna görə o boyda tədbirin üstündən xətt çəkməyin də. O festivalda neçə ölkənin nümayəndələri də iştirak etdi. Heç birindən bir narazılıq eşitmədik...

Bir şey də mənə çatmır ki, nədən Gəncədə televiziyaların və tanınmış saytların müxbir bürosu olduğu halda, ölkədaxili hansısa tədbirə Bakıdan da əksəriyyəti kabab iyinə gedənlərdən ibarət bir dəstə də aparılsın? Aydındır ki, bu, pul silməkdən başqa heç nəyə xidmət etmir...”, deyə E.Hüseynov qeyd edib.

pia.az