"Space TV"də canlı yayımda aparıcının halı pisləşdi - Video

"Space TV"də yayımlanan "Sizin psixoloq" proqramında gözlənilməz hal yaşanıb.

Efir zamanı verilişin aparıcısı Aytac Carçıyevanın halı pisləşib.

"Dayana bilmirəm, efiri dayandırın. Saçı açın, başıma dəhşətli ağrı girib, ürəyim gedəcək. Bir an əvvəl bu saç açılsın" deyə, aparıcı bildirib.

O, daha sonra bunla bağlı açıqlama yayaraq "Saçım sıx yığılmışdı. Reklam arasında saçım çox incidir dedim, amma əhəmiyyət vermədim. O qədər sıx idi ki, bir anda başıma ağrı girdi. "Reklamlar" deyə bilmədim. Halım birdən çox pis oldu. 18 illik təcrübəmdə ilk dəfədir ki, özümü saxlaya bilmədim" sözlərini əlavə edib. (Axsam.az)

pia.az