AMEA-da təcili iclas keçirilib, PA rəsmisi də iştirak edib - Yenilənib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası yekunlaşıb.

İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunub.

***

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası başlayıb.

İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunur.

İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Rəyasət Heyətinin üzvləri iştirak edir.

İclasa akademiyanın institut və təşkilat direktorları da qatılıb.(report)

pia.az