2022-2023-cü tədris ili üçün tədris planları təsdiqlənib

Təhsil naziri Emin Əmrullayev "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb.

PİA.az xəbər verir ki, əmrə əsasən Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib:

1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);

2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);

3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).

pia.az