FHN-in əməkdaşı beynəlxalq idman yarışının qalibi olub

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Cəlal Süleymanov “Ümumdünya Polis və Yanğınsöndürən Oyunları-2022”-nin qalibi olub.

PİA.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Hollandiyanın Rotterdam şəhərində 63 idman növü üzrə 70 ölkədən 10 minə yaxın idmançının mübarizə apardığı çempionatda FHN-in əmkdaşı Cəlal Süleymanov idmanın sərbəst güləş növü üzrə yarışlara qatılıb.

65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Braziliya, Slovakiya və Türkiyədən olan idmançıları məğlub edərək qızıl medala layiq görülüb.

pia.az