Güc strukturlarında “təmizləmə” planı - Putin hakimiyyətin ötürülməsinə hazırlaşır…

Putinin oktyabrın 17-də Dmitri Patruşevi baş nazir təyin edəcəyi və dekabrın 19-da isə istefa verəcəyi iddia olunur...

Ötən həftə Rusiya prezidenti Vladimir Putin yaxın aylarda güc strukturlarında başladılacaq “təmizləmə” planının reallaşdırılmasını təsdiqləyib. PİA.az xəbər verir ki, bu barədə “Generall SVR” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə bu plan hələ ötən il Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən hazırlanıb, lakin planın reallaşdırılması müəyyən vaxta qədər təxirə salınıb. Ukrayna müharibəsi fonunda isə hakimiyyətin ötürülməsi məsələsi aktuallaşdığı üçün Patruşevin yenidən üzərində işləyib plan artıq reallaşdırılmaq üçün təsdiqlənib.

Kanalın iddiasına görə Putin güc strukturlarında “təmizləmə” zərurətini bu ilin yazından vurğrlayır və buna görə də plan yenilənərək prezidentə təqdim olunub. Güc strukturlarında böhran və müqavimətdən yayınmaq üşün “təmizləmə” mərhələli şəkildə dalğavari aparılacaq. Avqust ayından başlayaraq öncə DİN “təmizlənəcək və bu proses “yuxarıların qaşınması ilə başlayacaq, daha sonra orta və aşağı səviyyələr “təmizlənəcək” və nəhayətdə Nazirliyin rəhbərliyinə yeni kadrlar gətiriləcək. Prosesin oktyabra qədər bitməsi gözlənilir.

Sentyabr ayında isə Müdafiə Nazirliyi və Baş Qərargah eyni taktika ilə - yuxarıdan aşağı, aşağıdan yuxarıya “daranacaq”. Kolokoltsev, Şoyqu və Gerasimov nominal qaydada öz postlarını saxlayacaqlar, lakin qərar vacib məsələlərdə qəbul etmək imkanına sahib olmayacaqlar. Onların uzaqlaşdırılması yeni Nazirlər Kabinetinin formalaşdırılması zamanı baş verəcək.

“Generall SVR” teleqram kanalı yazır ki, Putin dəfələrlə vəzifəsindən azad olunmasını xahiş edən FTX-nın direktoru Aleksandr Bortnikova söz verib ki, onu oktyabrın 17-də işdən azad edəcək. FTX-ya yeni direktor təyinatından sonra isə bu təhlükəsizlik qurumunda da “təmizləməyəÜ start veriləcək və bu təmizləmə yeni direktorun “kadr siyasəti” olaraq təqdim olunacaq. Yəni “yeni süpürgə öz qaydalarına görə süpürür” görüntüsü yaradılacaq.

Bütün hallarda Rusiyada ən böyük dəyişim oktyabrın 17-də baş verəcək. Bu tarixdə Putin Nazirlər Kabinetini istefaya yollayacaq və Nikolay Patruşevin oğlu Dmitri Patruşevi Baş nazir təyin edəcək.

Dekabrın 19-da prezident Vladimir Putin yeni prezident seçkilərini elan edəcək və bu seçki 2023-cü ildə baş tutacaq.

“Generall SVR” teleqram kanalı iddia edir ki, bu plan artıq Putin tərəfindən təsdiqlənib və ən yaxın zamanda reallaşdırılacaq.

Xatırladaq ki, son zamanlar davamlı olaraq Putinin varisinin Nikolay Patruşevin oğlu Dmitri Patruşevin olacağı ilə bağlı xəbərlər tirajlanır.

pia.az