Mingəçevirdə qəbiristanlıqda 19 yaşlı qız kişini bıçaqlayıb

Mingəçevirdə 19 yaşlı qız kişini bıçaqlayıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə iyulun 26-da Mingəçevirkənd qəbiristanlığı ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızışəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlıq ərazisində bıçaqla Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

pia.az