İranlı sürücünün cərimələri azərbaycandakı şirkətin maşınına gəlir

Sosial şəbəkələrdə şikayət videosu çəkən vətəndaş aidiyyatı qurumlardan kömək istəyib. 47-AA-105 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobilin sahibi bildirir ki, eyni nömrəli İran İslam Respublikasına məxsus TIR-ın cərimələri ona gəlir. Vətəndaş deyir ki, bu hadisə dəfələrlə təkrarlanıb və hər dəfə də şikayət edərək cəriməni ləğv elətdirib. "Bunun bir həlli yolu olmalıdır. İranlı sürücü nə vaxt ölkəyə gəlsə və qayda pozsa onun cərimələri bizə gəlir. Əlavə vaxt itiriririk. Xahiş edirəm bu məsələyə birdəfəlik bir çarə tapılsın" deyə vətəndaş qeyd edir.(Avtosfer.az)

pia.az