ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub

Hüqo Gevara ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili təyin edilib.

APA səfirliyə istinadən xəbər verir ki, Hüqo Gevaranın Dövlət Departamentində böyük təcrübəsi var və son zamanda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub.

Bildirilib ki, hazırkı işinə başlamazdan əvvəl Hüqo Gevara Vaşinqtonda Azərbaycan dilini öyrənib.

pia.az