Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 42 nəfər əlavə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Siyahıya Rusiya regionlarının rəhbərləri də daxil edilib.

Bundan başqa, britaniyalı blogger Qrem Fillips və qondarma Donetsk Xalq Respublikasının Baş nazirinə qarşı da sanksiyalar tətbiq edilib.

pia.az