Tərtərdə pambıq suvarmaq üstündə silahlı insident yaşanıb

Tərtərdə silahlı insident yaşanıb.

PİA.az xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Nəticədə, Rəsul Ağayev mərhum qardaşına məxsus tüfənglə Namiq Hüseynova tərəf atəş açıb. Güllə Namiq Hüseynovun avtomobilinə dəyib.

Faktla bağlı cinayət işi başlanılıb. (APA)

pia.az