ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Kiyevə səfər edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Dövlət başçısı ABŞ-a Ukraynaya təhlükəsizlik sahəsində elan etdiyi son yardım paketinə görə minnətdarlığını bildirib.

O, xüsusilə HIMARS reaktiv yaylım atəşi sistemlərinin və mərmilərin çatdırıldığını qeyd edib.

Prezident həmçinin əlavə edib ki, rəsmi Kiyev bu münaqişəni dondura bilməz. Ukrayna Vaşinqtonun ölkənin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

pia.az