Qubad İbadoğlu başqan olmağa hazırlaşır...

"Başqan olacağım təqdirdə, QHT sektorundakı fəaliyyətimizə son qoyacam..."
Bunu Moderator.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü, İctimai Təşəbbüslər Birliyinin  rəhbəri Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Müsavat Partiyasınaın avqustun 18-də Qurultaya Hazırlıq üzrə Təşkilat Komitisinin toplantısının qurultayla bağlı konkret qərarlarından və orada partiya başqanlığına namizədlərin irəli sürülmə proseduru müəyyən edildikdən sonra o da iddiasını ortaya qoyacaq.“Bunun üçün Təşkilat Komitəsinin qərarı olmalıdır.  Ondan sonra digər namizədlər kimi mən də öz iddiamı ortaya qoyacağam və partiya başqanlığı  ilə bağlı təbliğat işlərimi aparacağam”,- deyə o bildiirb.Q. İbadoğlu onu da əlavə etdi ki, partiya başqanı olacağı təqdirdə vətəndaş cəmiyyəti  sektorundakı fəaliyyətinə son verib, ancaq siyasi fəaliyyətlə məşğul olacaq.