Rusiyanın tanınmış jurnalisti Azərbaycan qazilərinə təşəkkürünü bildirib

"Şuşa müqəddəs torpaqdır. Çünki şəhidlərin qanı töküldüyü doğma torpaq müqəddəsləşir".

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.

"Bu tədbirdə iştirak edənlər arasında qəhrəmanlar (qazilər - red.) var ki, onlar Şuşanın azad olunması uğrunda canını fəda ediblər. Onlara minnətdarlığımı bildirirəm", - rusiyalı media nümayəndəsi vurğulayıb.

pia.az